Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB

  AZ   ENG   RU    


Azərbaycanda gender bərabərliyi uğrunda!
site search by freefind
     

  

 

 
  GBQT İB-nin həyata keçirdiyi Layihələr

  --- QADIN VƏ İCTİMAİ SFERA MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS --

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyi, ACİ-YF, SEPHİS (Niderland) və Xəzər Universitetinin birgə təşkilatçılığı və maliyyəsi ilə 18-21 iyun, 2008-ci il tarixində Bakı şəhərində “Qadın və İctimai Sfera” mövzusunda Beynəlxalq Konfrans/seminar keçirmişdir.

Konfransda 16 ölkədən ekspertlər (Azərbaycan, Niderland, Cənubi Afrika Respublikası, Filippin, Yamayka, Peru, Hindistan,Quatamela, Monqolustan, Zimbabve, Nigeriya, Braziliya, Özbəkistan, Ukrayna, Boliviya, Türkiyə) çıxışlar edib və müzakirələrə qatılıb.



Şəkildə: Beynəlxalq konfransın açılışı, 18 iyun 2008-ci il

Üç günlük seminarda aşağıdakı mövzular müzakirə edilib:

• İctimai sferanın tarixi, strukturu və dəyişən dinamikası;
• Qadının ictimai həyatda iştirakına cavab verən dəyişən şəraitlər;
• İrq, gender, sinif, din və cinsi mənsubiyyətlərdə kəsişmə və bunların qadının yerli, regional və keçid mərhələlərində ictimai inkişafına təsiri;
• İctimai sferanın mediada təmsili;
• Demokratik proseslərdə iştirakçılığın model və formaları və onların qadın iştirakını nəzərə alma prinsipləri



-------
REGİONLARDA QADIN TƏŞƏBBÜSÜNÜN İNKİŞAFI layihəsi -----

            “İCTİMAİ AKTİV LİDERLİK” mövzusunda qadınlar üçün təlimlər

GBQT İB 2008-ci ilin noyabr ayında Kürdəmir, Neftçala və Lənkəran rayonlarında qadınlar üçün İctimai Fəal Liderlik mövzusunda təlimlər keçirmişdir.

Təlimin məqsədi yerlərdə qadınların ictimai fəallığını artırmaq, onları cəmiyyətin, ictimai həyatın işində yaxından iştirak etməyə, təşəbbüskarlığı öz üzərlərinə götürməyə sövq etmək idi. Həmçinin onların yerli özünüidarədə iştirakına, xüsusilə məhəllə komitələrinin əhəmiyyətini, təşkili mexanizmini və fəaliyyət qaydalarını onlara dərk etdirmək, onların yerli bələdiyyə, Milli Məclis və Prezident seçkilərində fəallığını müəyyənləşdirmək idi.

Kürdəmir rayonunda keçirilən təlim zamanı iştirakçılar rayonda mövcud olan problemləri müzakirə edərkən  yayılmaqda olan QİÇS xəstəliyi, imkansız hamilə qadınlara pulsuz məsləhətlərin verilməsi, uşaqların dərslərdən yayınması, qadın hüquqlarının pozulması, idarəetmə orqanlarında qadınların sayının artırılması, rayon mətbuatında qadın problemlərinin qabardırılması və s.məsələləri bildirdilər. 
Neftçala rayonunda da həmçinin eyni mövzuda təlim keçirildi. Təlimə əsasən rayon təşkilatlarının rəhbər vəzifələrində işləyən qadınlar cəlb edilmişdi. Maraqlı hal o idi ki, iştirakçılar arasında Neftçala rayonunda olan 9 bələdiyyədən ikisinin rəhbəri olan qadınlar və Əlillər cəmiyyətinin rəhbəri də var idi. Auditoriya çoxfəal iştirak edirdi.


 Şəkildə: Kürdəmir rayonu 10-11 noyabr 2008-ci il

 Təlimdə icma əsaslı qruplar, Qeyri -hökumət təşkilatları, Məhəllə Komitələri haqqında söhbət edildi. İştirakçılar onları bir  birindən fərqləndirir, hüquqi cəhətlərini aşkara çıxarırdılar. Xüsusilə Məhəllə komitələrinin strukturu, təşkili qaydası və qeydə alınma formasını müəyyənləşdirdilər. 
Lənkəran rayonunda  keçirilən təlimdə iştirak edən qadınlar xüsusi fəallıqları ilə seçilirdilər. Onların işərisində uzun illər QHT  sahəsində fəaliyyət göstərən qadınlar var idi.Təlimin gedişində məlum oldu ki, ümumiyyətlə yerlərdə qadın problemləri bir-birinə çox oxşardır və onlar eyni sahələrdə olan çatışmazlıqlardan əziyyət çəkirlər.


Şəkildə: Neftçala rayonu 26-27 noyabr 2008-ci il

Problemlər müzakirə olunarkən, erkən nikahlar və tez bir zamanda ailənin dağılması, ailə daxili zorakılıqlar, qadınlara hüquqi məsləhətlərin verilməsi, şagirdlərin məktəblərdən yayınma hallarının aradan qaldırılması və s. qeyd etdilər.
Yuxarıda adı çəkilən regionlarda təlimlərin bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hər biri 15 nəfərdən ibarət qruplara təlimlərin keçirilməsi birinci mərhələdə həyata keçirilmiş, ikinci mərhələdə isə təlimdə iştirak etmiş aktiv şəxslərdən ibarət İşçi Qruplar yaradılmış, İşçi Qruplarının təklifi ilə regionlarda qadınlarla görüşlər keçirilmişdir. Eyni zamanda Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi müvafiq regionlarda fəaliyyətini davam etdirmək üçün nəzərdə tutulan İşçi Qruplardan istifadə edəcəkdir.

 Şəkildə: Lənkəran rayonu 28-29 noyabr 2008-ci il
 

------“İNKİŞAF ÜZRƏ ƏMƏKDAŞLIQ VƏ GENDER”-------

GBQT İB-nın üzv olduğu Beynəlxalq Gender Siyasəti Şəbəkəsi çərçivəsində Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi tərəfindən İnkişaf üzrə əməkdaşlıq və gender adlı layihə həyata keçirilmişdir.
Layihənin məqsədi Avropa Komissiyasının İnkişaf üzrə əməkdaşlıq strategiyasında gender bərabərliyi və qadın hüquqlarının daha ciddi şəkildə daxil edilməsinə nail olmaq üçün lobbiçilik fəaliyyəti göstərmək idi.
Layihə çərçivəsində “Avropa Komissiyasının Azərbaycanla İnkişaf üzrə əməkdaşlığında gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin əks olunması” mövzusunda Dəyirmi Masa keçirilmişdir.

Şəkildə: Dəyirmi Masa 19 dekabr 2008-ci il.

Dəyirmi Masanın məqsədi bu müvafiq dövlət qurumunun, Avropa Komissiyasının və Gender Bərabərliyi və Qadın hüquqları sahəsində çalışan QHT-lərin diqqətini bu məsələyə cəlb etmək və bu istiqamətdə birgə fəaliyyətə onları çağırmaq idi.

 

------“Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim”-------

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi PRAXİS Sosial İnkişafa Dəstək İctimai Birliyinin əməkdaşlığı və Equitas Beynəlxalq İnsan Hüquqları Təhsili Mərkəzinin dəstəyi ilə “Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim” layihəsini həyata keçirir.
Layihə çərçivəsində məcburi köçkün qadınlarla işləyən təlimçilərin bilik və bacarıqlarının artırılması, yeni təcrübələrin öyrədilməsi və fikir mübadiləsinin aparılmsı məqsədilə 4 günlük təlim nəzərdə tutulmuşdur.
Nəzərdə tutulan təlim 13,14 və 20,21 fevral 2010-cu il tarixlərdə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin ofisində keçirilmiş və təlimdə ölkənin müxtəlif yerlərindən məcburi köçkün qadınlarla işləyən 10 təcrübəli təlimçi iştirak etmişdir.
4 günlük təlim EQUİTAS Beynəlxalq İnsan Hüquqları Təhsilinin təşkil etdiyi Kanadada keçirilən beynəlxalq təlimin məzunları Ülviyyə Məmmədova və Pərviz İsgəndərov tərəfindən aparılmışdır.
Təlimin məqsədi məcburi köçkün qadınlarla işləyən QHT təlimçilərinə effektiv təlim hazırlanması və keçirilməsi üçün İştirakçılıq metodologiyasından istifadə etməklə bilik və bacarıqlarının artırılması idi.

VIDEO

    30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də


30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti


8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi
Hesabatlar və Nəşrlər

 
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT

 


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2008-ci ildə tanıtım BUKLETİNİ nəşr edib

 

  Bülletenlər Qanunvericilik


 - Rüblük Bülleten (1)
 (İyul, Avqust, Sentyabr 2009)

 
 - Rüblük Bülleten (2)
 (Oktyabr, Noyabr, Dekabr
2009)

 - Rüblük Bülleten (3)
 (Yanvar, Fevral,
Mart 2010)

 

Gender Bərabərliyinin Təminatları Haqqında AR Qanunu

AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
AR Nazirlər Kabinetinin Qərarı

“Gender (kişi və qadınların) Bərabərliyinin təminatları haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmani

AR-da Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında
AR Prezidentinin Fərmanı

ardı  

 


 

GBQT Mediada Tərəfdaşlar


GBQT İB haqqında internet və çap mediasında müntəzəm olaraq məlumatlar yayımlanır...

Azadlıq Radiosu - "İşdən sonra" verilişinin qonağı GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədovadır

Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var

Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında”

APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"


 



Açıq Cəmiyyət İnstitutu Yardım Fondu

 

 

 
 
Locations of visitors to this page
  Bütün hüquqlar qorunur © 2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB.
Sayt CMedia Design Group tərəfindən yaradılıb.