Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB

  AZ   ENG   RU    


Azərbaycanda gender bərabərliyi uğrunda!
 
     

  

 

 Xəbərlər

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 2 iyul, 2010-cu il tarixində 2009-cu il layihələrinin nəticələri ilə bağlı konfrans keçirib

02/07/2010
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 2 iyul, 2010-cu il tarixində saat 10:00-dan 13:00-a qədər Hyatt Tower I (İzmir küçəsi 1033) “Əmirov” zalında 2009-cu il layihələrinin nəticələri ilə bağlı konfrans keçirmişdir. Konfransa dövlət strukturlarının, yerli və beynəlxalq QHT-nin, beynəlxaq təşkilatların, xarici ölkə səfirliklərinin və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak etmişdir. ardı

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB “Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim” layihəsinini icra edib

 22/02/2010
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi PRAXİS Sosial İnkişafa Dəstək İctimai Birliyinin əməkdaşlığı və Equitas Beynəlxalq İnsan Hüquqları Təhsili Mərkəzinin dəstəyi ilə “Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim” layihəsini həyata keçirir. Layihə çərçivəsində məcburi köçkün qadınlarla işləyən təlimçilərin bilik və bacarıqlarının artırılması, yeni təcrübələrin öyrədilməsi və fikir mübadiləsinin aparılmsı məqsədilə 4 günlük təlim nəzərdə tutulmuşdur.
Nəzərdə tutulan təlim 13,14 və 20,21 fevral 2010-cu il tarixlərdə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin ofisində keçirilmiş və təlimdə ölkənin müxtəlif yerlərindən məcburi köçkün qadınlarla işləyən 10 təcrübəli təlimçi iştirak etmişdir. ardı & fotolar



GBQT IB Neftçala, Lənkəran və Kürdəmir rayonlarında uğur qazanmış qadın iş adamı ilə yerli qadınların görüşünü təşkil edib

18/12/2009
18-19-26 dekabr 2009-cu il tarixlərində Neftçala, Lənkəran və Kürdəmir rayonlarında region qadınlarının maarifləndirilməsi məqsədilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin fəaliyyətinin davamı olaraq uğur qazanmış qadın iş adamı ilə görüş mövzusu üzrə nəzərdə tutulan ikinci görüşlər baş tutmuşdur. Ağamirzəyevə Fatimət xalçaçılıq üzrə tanınmış iş adamıdır. O, qadınlara fəaliyyətlərindən, qarşılaşdığı maneələrdən, həmin maneələrin aradan qaldırılması yollarından və qazandığı uğurlardan söhbət açmış, qadınları stimullaşdırmış və onların yüksək marağına səbəb olmuşdur. ardı & fotolar


GBQT IB regionlarda qadınların maarifləndirilməsi, onların bilik və bacarıqlarının atırılması məqsədilə görüşlər təşkil edib

 12/11/2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun təşkilata ayırdığı 15488 saylı institutsional dəstək layihəsi çərçivəsində regionlarda qadınların maarifləndirilməsi, onların bilik və bacarıqlarının atırılması məqsədilə 4 mövzu üzrə ekspertlərlə birgə görüşlər keçirməyi nəzərdə tutmuşdur. Bu mövzular aşağıdakılardan ibarətdir: 1. Məişət zorakılğı və onu yaradan əsas səbəblər; 2.Uğur qazanmış qadın iş adamı ilə görüş; 3.Gender bərabərliyi və qadın hüquqlarının əsasları, sərəncamlar, qanunlar və konvensiyalar; 4.Liderliyin formalaşmasında psixoloji amillər. ardı & fotolar Lənkəran, Kürdəmir, Neftçala


GBQT IB 2008-ci ildə icra etdiyi layihələrinin nəticələri ilə bağlı konfrans keçirib

 30/07/2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 30 iyun 2009-cu il tarixində saat 10:00 dan 13:00 qədər Hyatt Tower I (İzmir küçəsi 1033) “Əmirov” zalında 2008-ci il layihələrinin nəticələri ilə bağlı konfrans keçirmişdir. Konfransa dövlət strukturlarının yerli və beynəlxalq QHT-lərin, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri dəvət olunmuşdur.
Konfransı giriş sözü ilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova təşkilatın 2008-ci il üzrə fəaliyyətinin yekunlarını və təşkilatın əldə etdiyi ən mühüm nailiyyətləri haqqında, həmçinin Məişət Zorakılığı haqqında Azərbaycan Respublikasının qanun layihəsi ilə bağlı və digər mühüm məsələlərlə bağlı təşkilatın gördüyü işlər barədə məlumat vermişdir. ardı & fotolar

 

GBQT IB  “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” qanun layihəsini müzakirəyə çıxarıb

08/05/2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəiyilə 8 may, 2009-cu il, saat 11:00 – 12:30 –da Kaspian Plazanın Konfrans Zalında Dəyirmi Masa keçirmişdir. Dəyirmi Masanın mövzusu “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” qanun layihəsi ətrafında müzakirələr idi. ardı & fotolar
 


GBQT IB “Avropa Kommissiyasının Azərbaycanla İnkişaf Üzrə Əməkdaşlığında Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin əks olunması” mövzusunda Dəyirmi Masa keçirib

19/12/2008 
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB Kaspian Plazanın Konfrans zalında “Avropa Kommissiyasının Azərbaycanla İnkişaf Üzrə Əməkdaşlığında Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin əks olunması” mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masanın gündəliyinə GBQT İB haqda qısa təqdimat, İnkişaf üzrə Əməkdaşlıq və Gender Layihəsinin və İctimai Vəkillik Kağızının təqdimatı, Avropa Qonşuluq Siyasətində və Şərqi Əməkdaşlıq Layihəsində prioritetlər və gender məsələsi, Avropa Şurasının gender bərabərliyi barədə tövsiyələrinin vətəndaş cəmiyyəti tərəfindən tətbiqinin monitorinqi və. sair məsələlər daxil edilərək müzakirə olunub. ardı & fotolar

VIDEO

    30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də


30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti


8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi
Hesabatlar və Nəşrlər

 
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT

 


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2008-ci ildə tanıtım BUKLETİNİ nəşr edib

 

  Bülletenlər Qanunvericilik


 - Rüblük Bülleten (1)
 (İyul, Avqust, Sentyabr 2009)

 
 - Rüblük Bülleten (2)
 (Oktyabr, Noyabr, Dekabr
2009)

 - Rüblük Bülleten (3)
 (Yanvar, Fevral,
Mart 2010)

Gender Bərabərliyinin Təminatları Haqqında AR Qanunu

AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
AR Nazirlər Kabinetinin Qərarı

“Gender (kişi və qadınların) Bərabərliyinin təminatları haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmani

AR-da Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında
AR Prezidentinin Fərmanı

ardı  

 


 

GBQT Mediada Tərəfdaşlar


GBQT İB haqqında internet və çap mediasında müntəzəm olaraq məlumatlar yayımlanır...

Azadlıq Radiosu - "İşdən sonra" verilişinin qonağı GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədovadır

Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var

Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında”

APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"


 



Açıq Cəmiyyət İnstitutu Yardım Fondu

 

 
 
Locations of visitors to this page
  Bütün hüquqlar qorunur © 2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB.
Sayt CMedia Design Group tərəfindən yaradılıb.