Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB

  AZ   ENG   RU    


Azərbaycanda gender bərabərliyi uğrunda!
site search by freefind
     

  

 

  Azərbaycanda məişət zorakılığına qarşı geniş kampaniya başlayıb

14/06/2012

Layihə çərçivəsində çalışan hüquqşünaslar məişət zorakılığı ilə bağlı bir neçə məhkəmə çəkişmələri başlayıb

    Bu günlərdə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi yerli tərəfdaş qurumları - Regional Gender Təşəbbüsləri, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Gender və İnkişaf Şəbəkəsi və beynəlxaq tərəfdaş olan Qadın Məsələləri üzrə Araşdırma və Siyasət Fondu (Bolqarıstan) ilə birlikdə “Məişət zorakılığı barədə məlumatlandırma kampaniyası” layihəsinin təqdimatını keçirib. Təşkilatın ofisində keçirilən tədbirə media təmsilçiləri, tərəfdaş təşkilatın nümayəndələri, layihə iştirakçıları və digər şəxslər qatılıb.

 

    Tədbiri giriş sözü ilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İçtimai Birliyinin layihə rəhbəri Aida İbrahimxəlilova açaraq “Məişət zorakılığı barədə məlumatlandırma kampaniyası” mövzusunda layihənin əsas məqsədi barəsində danışıb: “Məişət Zorakılığı barədə məlumatlandırma kampaniyası” 2 illik layihədir və Avropa İttifaqı və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisi tərəfindən maliyyələşdirilir. 24 ay ərzində həyata keçiriləcək Layihə yeni qəbul olunmuş «Məişət Zorakılığı haqqında» Qanununda göstərilmiş hüquqi təminatların Azərbaycan üzrə yayılmasına töhfə verməklə qanunun tətbiq olunmasına yardım edir. Layihə çərçivəsində indiyədək xeyli işlər görülüb. Ölkədə genderlə bağlı zorakılığın mövcud durumunun daha yaxşı anlaşılması üçün sorğu keçirilib, QHT-lərə, onların hüquqşünaslarına və psixoloqlarına və təlimçilərinə gender zorakılığının preventiv mexanizmi ilə bağlı ixtisaslaşmış bilgi və texnikanın öyrədilməsi üçün bacarıqların artırılması üzrə təlim keçirilib, təlim iştirakçılarının öz bölgələrinə döndükdən sonra kənd yerlərində qadınlara gender və məişət zorakılığı barədə təlimlər keçməsi, hüquqşünas və psixoloqların pulsuz məsləhətlər verməsi üçün tərəfdaşlar müəyyən edilib və onlara müvfiq bilgi verilib. Yeni qanunun incəlikləri barədə informasiya və telefon vasitəsilə psixoloji və hüquqi məsləhətlər verən qaynar xətt yaradılıb. Gender əsaslı zorakılığının daha koordinasiyalı və effektiv yolla qarşısının alınması üçün aidiyyati qurumların məlumatlandırılması və həvəsləndirilməsi məqsədilə ölkə miqyaslı informasiya kampaniyasına başlanılıb, sosial video-çarx hazırlanıb”.

 

    Aida İbrahimxəlilova qeyd etdi ki, Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-nin təşəbbüsü ilə yaradılmış “Gender və İnkişaf” adlı QHT şəbəkəsi üzvlərindən ibarət 6 mərkəz yaradılıb. Bu mərkəzlərin hər biri bir rayonda yerləşir və bir neçə ətraf rayonları da əhatə edillər. Bu mərkəzlər aşağıdakılardan ibarətdir:

   1. Bakı Mərkəzi (GBQT İB tərəfindən idarə ediləcək) - həmçinin Sumqayıt, Qobustan və Kürdəmir rayonlarını əhatə edir;

   2. Bərdə Mərkəzi - həmçinin Ağcabədi, Beyləqan, Ağdam, Mingəçevir və İmişli rayonlarını əhatə edir;

    3. Gəncə Mərkəzi - həmçinin Xanlar, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarını əhatə edir;

    4. Quba Mərkəzi - həmçinin Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarını əhatə edir;

    5. Lənkəran Mərkəzi - həmçinin Astara, Lerik, Masallı, Yardımlı rayonlarını əhatə edir;

    6. Şəki Mərkəzi - həmçinin Qax, Oğuz, Zaqatala, Balakən və Qəbələ rayonlarını əhatə edir.

     Layihənin müsbət cəhətlərindən biri də layihəyə yerli mütəxəsislərin cəlb olunmasıdır. Hər mərkəz layihəyə start verilərkən yerli təşkilatlarda fəaliyyət göstərəcək mütəxəsislərini Bakiya 3 günlük təlimə göndərmişdi və həmən mütəxəssislər öz yaşadıqları rayonlar üzrə gender zorakılığı baş verən hallarda hüquqi və psixoloji məsləhətlər verəcəklər.

     Daha sonra layihənin hüquqşünası Yaşar Ağazadə qeyd etdi ki, layihəyə yeni start verilsə də, məişət zorakılığı ilə bağlı artıq 7 müraciət olunub və hüquqşünaslar hüquqi məsləhətlər verməklə, birlikdə lazımı hallarda bir neçə işlə bağlı məhkəmə prosseslərinə də başlıyıb.

     Hazırda layihə çərçivəsində 24 saat ərzində Qaynar Xətt fəaliyyət göstərir və məişət zorakılığı qurbanlarının bu xətt vasitəsilə hüquqşünas və psixoloqlarla danışmaq imkanı var.

    
Qaynar Xətt nömrələri:

     088-811-0071 - (bütün növ telefonlardan pulsuzdur);

     (012) 555-23-65 (şəhər telefonlarından pulsuzdur);

     (012) 555-21-65 (şəhər telefonlarından pulsuzdur).

     Tədbirin sonunda layihə iştirakçıları jurnalistlərin sualalrını cavablandırıb və layihə çərçivəsində çəkilmiş sosial çarx nümayiş etdirilib.

    Layihə və ya təşkilatın göstərdiyi xidmətlər barədə Layihə Rəhbəri Aida İbrahimxəlilova ilə əlaqə saxlaya bilərsiniz: office@gewi-az.org ; (994 12) 497-6568; (994 55) 895 19 75

 

 GBQT İB Mətbuat Xidməti

Tel: 012 497-6568

Email: office@gewi-az.org

VIDEO

    30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də


30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti


8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi
Hesabatlar və Nəşrlər

 
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT

 


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2008-ci ildə tanıtım BUKLETİNİ nəşr edib

 

  Bülletenlər Qanunvericilik


 - Rüblük Bülleten (1)
 (İyul, Avqust, Sentyabr 2009)

 
 - Rüblük Bülleten (2)
 (Oktyabr, Noyabr, Dekabr
2009)

 - Rüblük Bülleten (3)
 (Yanvar, Fevral,
Mart 2010)

 

Gender Bərabərliyinin Təminatları Haqqında AR Qanunu

AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
AR Nazirlər Kabinetinin Qərarı

“Gender (kişi və qadınların) Bərabərliyinin təminatları haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmani

AR-da Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında
AR Prezidentinin Fərmanı

ardı  

 


 

GBQT Mediada Tərəfdaşlar


GBQT İB haqqında internet və çap mediasında müntəzəm olaraq məlumatlar yayımlanır...

Azadlıq Radiosu - "İşdən sonra" verilişinin qonağı GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədovadır

Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var

Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında”

APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"


 



Açıq Cəmiyyət İnstitutu Yardım Fondu

 

 
 
Locations of visitors to this page
  Bütün hüquqlar qorunur © 2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB.
Sayt CMedia Design Group tərəfindən yaradılıb.