Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB

  AZ   ENG   RU    


Azərbaycanda gender bərabərliyi uğrunda!
site search by freefind
     

  

 

 

Press-Release

08/05/2009


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəiyilə 8 may, 2009-cu il, saat 11:00 – 12:30 –da  Caspian Plazanın Konfrans Zalında Dəyirmi Masa keçirmişdir. Dəyirmi Masanın mövzusu “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” qanun layihəsi ətrafında müzakirələr idi.

Dəyirmi Masanın keçirilməsində məqsəd əsasən qanun layihəsinin müzakirəsini ictimailəşdirmək, onun təkmilləşdirilməsi istiqamətində səylərin fikir mübadiləsi yolu ilə birləşdirilməsi və qanun layihəsinin qəbul olunmasına təkanverici rol oynamaq idi.

Dəyirmi Masanın məqsədi həm də Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin (GBQT İB) təşəbbüsü və təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən İnsan Hüquqları üzrə Vəkillər(Advocates for Human Rights) təşkilatının hüquqşünasları tərəfindən “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” qanun layihəsi üzərində apardığı təhlil və hazırlanmış rəy və təkliflərin ictimaiyyətə təqdim edilməsi idi.

Dəyirmi Masaya Milli Məclisin insan hüquqları üzrə qanunvericilik sektoru və digər aidiyyatı şöbələri, Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi, Respublika Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsi, mövzu üzrə çalışan yerli QHT-lər və gender bərabərliyi və qadın haqları sahəsində çalışan digər təşkilatlar, beynəlxalq təşkilatların nümayəndəlikləri və s. dəvət olunmuşdular.

Yuxarıda adı çəkilən dəvətlilərdən Milli Məclisin İnsan Hüquqları üzrə Qanunvericilik sektorunun müdiri Emil Tağıyev, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov, Ombudsman aparatından Mahir Məmmədov, vətəndaş cəmiyyəti nümayəndələri və s. iştirak etdilər.

Tədbir 8 may Şuşanın alınmasının ildönümü günü münasibətilə Şuşada həlak olan həmvətənlərimizin ruhunun yad edilməsi ilə açıldı. Daha sonra əsas mövzuya keçildi. Tədbir əvvəlcədən müəyyən edilmiş proqramdan kənara çıxılmalı olmasına baxmayaraq qızğın müzakirə şəraitində davam etdi. Həm məişət zorakılığı sahəsində çalışan vətəndaş cəmiyyəti nümayəndələri, həm müvafiq dövlət qurumu nümayəndələri məişət zorakılığı sahəsində görülmüş işlər və qanun layihəsində təkmilləşdirməyə ehtiyac olan sahələr üzrə fikir mübadiləsi etdilər.  

GBQT İB-nin məişət zorakılığı sahəsində atacağı növbəti addım Advocates for Human Rights təşkilatı ilə birgə hazırlanmış rəy və təkliflərin Milli Məclisə rəsmi şəkildə təqdim edilməsi və onun lobbiçiliyini aparmaqdan ibarətdir.


GBQT İB Mətbuat Xidməti

Tel: 497-6568

Email: office@gewi-az.org

 

VIDEO

    30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də


30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti


8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi
Hesabatlar və Nəşrlər

 
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT

 


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2008-ci ildə tanıtım BUKLETİNİ nəşr edib

 

  Bülletenlər Qanunvericilik


 - Rüblük Bülleten (1)
 (İyul, Avqust, Sentyabr 2009)

 
 - Rüblük Bülleten (2)
 (Oktyabr, Noyabr, Dekabr
2009)

 - Rüblük Bülleten (3)
 (Yanvar, Fevral,
Mart 2010)

 

Gender Bərabərliyinin Təminatları Haqqında AR Qanunu

AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
AR Nazirlər Kabinetinin Qərarı

“Gender (kişi və qadınların) Bərabərliyinin təminatları haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmani

AR-da Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında
AR Prezidentinin Fərmanı

ardı  

 


 

GBQT Mediada Tərəfdaşlar


GBQT İB haqqında internet və çap mediasında müntəzəm olaraq məlumatlar yayımlanır...

Azadlıq Radiosu - "İşdən sonra" verilişinin qonağı GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədovadır

Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var

Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında”

APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"


 



Açıq Cəmiyyət İnstitutu Yardım Fondu

 

 
 
Locations of visitors to this page
  Bütün hüquqlar qorunur © 2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB.
Sayt CMedia Design Group tərəfindən yaradılıb.